“Elə qurumlar var ki, nümunədir. Daxili İşlər Nazirliyinə müraciət edirsən, cavab verilir. Amma başqalarına müraciət edirsən cavab gəlmir. Bəyəm, bu səndən əskik kişidir? Belə yaraşmaz axı”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, etik davranışlara əməl edən dövlət qulluqçuları olur: “ Etimadı doğruldur, irəliyə də çəkilir. Deyirəm bəzən başdan edirlər, heç nəticəsi də olmur”.