"Bütün ucqar kənd məktəblərində nəticələrin yaxşı olmaması fikri ilə razı deyiləm. Elə ucqar kənd məktəblərimiz var ki, şagirdlər yaxşı nəticə göstərir".
Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, 3-7 nəfərdən ibarət balaca məktəblərdə tədrisin təşkili problemdir: "Amma biz çalışırıq ki, həmin məktəblərdə kontingentin az olmasından asılı olmayaraq tədrisi təşkil edək. Nazirlik hər bir vətəndaşa eyni keyfiyyətli təhsil verməyə çalşır və bacardıqca resursla təmin edir. Bu yerlərdəki uşaqlar əvvəl Bakıdakı internat tipli təhsil müəssisələrində oxuyurdu və indi də onların yaxşı məktəblərdə oxumaq imkanı var".