Azərbaycanda orta məktəb dərsliklərinə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına hörmət hisslərini təbliğ edən mövzular daxil ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.
Layihəyə görə, sağlamlığında problemləri olan uşaqlar üçün fərdi inkişaf proqramları tərtib olunaraq həyata keçiriləcək.
Əqli və fiziki inkişafı, fərdi istedad və bacarığı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşaqların arzu etdikləri yerlərdə inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur.
Görməyən, eşitməyən sağlamlıq imkanları məhdud uşaqların təhsilinə dəstək üçün yardım mərkəzləri yaradılacaq.
Naibə