5 Yanvar 2015 17:41
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin sayı açıqlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri ötən il ərzində iş planına və idarəyə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirərək 830 akt tərtib edib.

DRİ-dən Teleqraf.com-a verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 456 ədəd idarədə qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 286 ədədi möhürlənib, 129 ədədi qeydiyyata salınıb və 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 37 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər