“Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək.
Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı, hər il olduğu kimi, Nazirliyin müvafiq tapşırıqları olacaq: "2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qrumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaqdır".