Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Teleqraf.com xəbər verir ki, hərracı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi təşkil edib.
Dövlət Xidmətindən bildirilib ki, hərracda Qəbələdə olan “Siləyli” qum-çınqıl yatağının 8 hektar, Ağcabədidə “Qarqarçay III” qum-çınqıl yatağının isə 15,3 hektar, İsmayıllıda yerləşən “Bilistan” və “Maçaxi” qum-çınqıl yataqlarının müvafiq olaraq 7 və 3 hektar sahəsi, Salyanda “Babazənən-I” gil yatağının 6 hektar sahəsi istifadəyə verilib.