12 Avqust 2023 18:00
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

Hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//Report.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər