Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Tarix İnstitutu ilə birgə 2015-ci il 29 mart – 1 aprel tarixində Quba şəhərində “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı1914-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Tarix İnstitutunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, konfransda Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı, Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı mövzusunda məruzələr dinləniləcək.
Konfransda iştirak etmək üçün məruzələr 2015-ci il fevralın 15-dək təşkilat komitəsinə göndərilməlidir. Məruzələrin həcmi 8-10 səhifə olmalıdır və elektron variantı e-mail: [email protected] və [email protected] ünvanına göndərilməlidir.
Konfransda iştirak etmək istəyənlərin özləri haqqında məlumat göndərməsi zəruridir. Məlumat formasını http://www.science.gov.az/saytından götürmək mümkündür.
NİGAR