Sevindirici haldır ki, üç il ard-arda təşkil olunan bu yarışda iştirakçıların sayı hər dəfə artır.
Teleqraf.com xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Qürurla irəli” şüarı ilə təşkil edilən "Qələbə qaçışı"ndan sonra jurnalistlərə açıqlamasında deyib.
Belə bir bayramda iştirakçılarla birlikdə qaçmağın qürurverici olduğunu bildirən nazir əlavə edib: “Finişə hər kəsdən öncə çatan qalibləri təbrik edirəm. Aydın məsələdir ki, nazirlik olaraq kütləvi tədbirlərin təşkilinə xüsusi önəm veririk. Nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində bu cür yarışlar keçirilir və ilin sonuna qədər belə tədbirlər davam edəcək".
Qeyd edək ki, "Qələbə qaçışı"nın nəticələrinə əsasən, nəzərdə tutulan məsafəni ilk qət edən Aleksandr Yatsenko olub. Toğrul Məmmədli ikinci, Bəxtiyar Əsgərli isə üçüncü yeri tutublar.