Vaxtilə ulu öndər Heydər Əliyev Azərbaycan xəritəsini bütün dünyaya nümayiş etdirirdi ki, əslində Naxçıvan blokadaya alınıb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycan ərazilərini Ermənistan işğal etmişdi: "Çox təəssüf ki, ABŞ-ın anti-Azərbaycan mövqeyinə içimizdə olan anti-milli qüvvələr də dəstək verir. Əli Kərimov qırt toyuq kimi oturub evində deyir ki, ABŞ-ın bu mövqeyi demokratik prosesə kömək edəcək. Bu isə Azərbaycana, xalqımıza qarşı açıq düşmənçilikdir".