27 Yanvar 22:14
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həmidin durumundan nigaran olanlar üçün məlumat verim ki, bu gün əziz dostum Ruslan Ağbabalı təklif etdi ki, gəlib məni və İbrahimi xəstəxanaya aparsın. Sağ olsun. Getdik. Həmidi iki dəqiqə görə bildim. Çox narahatam. Bu günlərdə çox dostlar zəng edib xəbər tutdular, köməklərini təklif etdilər. Sağ olsunlar. Heç nəyə ehtiyacımız yoxdur. Sadəcə, xahiş edirəm diqqətdə saxlasınlar...Vəziyyəti hələ ağırdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri yazıçı-publisist Həmid Herisçi həyat yoldaşı, jurnalist İlhamiyyə Rza sosial şəbəkədə yazıb.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədidəki modul tipli xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər