Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixi ilin sonuna qədər elan olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açılamasında deyib.
“Biz artıq bu ilin imtahanları ilə əlaqədar olan proqramı sentyabr ayından ictimaiyyətə açıqlamışıq. Builki yeniliklər buraxılış imtahanında ingilis dilində olan yeniliklərdir”, - qeyd edib.
Onun sözlərinə görə, 2025-2026-cı il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək: "Şəhid övladları üçün sınaq imtahanları pulsuz keçiriləcək".