Azərbaycanın aparıcı qida və distribusiya şirkətlərindən biri olan Avrora Qrup dünyanın ən məşhur qida sərgilərindən biri kimi tanınan “SIAL Paris 2024” qida sərgisində öz stendi ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, sərgidə şirkətin istehsal etdiyi - “Bizon”, “Kreki”, “Harika”, “Tanelli”, “Berg Glucose”, “Sladena”, distribusiyasını həyata keçirdiyi “İstisu” mineral suları və digər məhsullar müxtəlif ölkələrdən gələn qonaqlara nümayiş etdirilib.
Avrora Qrup bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşmüş və yeni layihələri müzakirə etmişdir. Bundan başqa şirkət həmçinin yeni potensial müştərilərlə danışıqlara başlamış və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirmişdir.
Məlumat üçün bildirək ki, “SIAL Paris 2024” sərgisində 200-dən çox ölkədən gələn təxminən 285000 ziyarətçi, 7500 sərgi iştirakçısı iştirak edib.
Sərgi zamanı müxtəlif qida yenilikləri və tendensiyaları sərgi iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, 1964-cü ildən etibarən keçirilən SIAL sərgisi qida və içki sənayesində ən son tendensiyaları, texnologiyaları və biznes imkanlarını kəşf etmək üçün qlobal mərkəz rolunu oynayır. Sərgi iştirakçılarının 73%-nin Fransadan kənardan gəlməsi beynəlxalq bazarları araşdırmaq və məhsulları qida innovasiyalarının önündə yerləşdirmək üçün əla fürsətlər yaratmış olur.