16 İyul 12:15
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər