18 İyul 12:45
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, iyul ayının 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən Qazax rayon sakini 1984-cü il təvəllüdlü Kamil Səttar oğlu Rəsulov Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.

Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü Elçin Əliağa oğlu İsgəndərov, 1985-ci il təvəllüdlü Gülağa Əliağa oğlu İsgəndərov və 1989-cu il təvəllüdlü Taleh Babakərim oğlu Sariyev Bakı şəhəri ərazisində saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər