12 Sentyabr 11:04
231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən meyit aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində ümumilikdə iki ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub:

"Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər