Aktau şəhərində qəzaya uğrayan "Embraer 190" sərnişin təyyarəsinin "qara qutu"su tapılıb.
Teleqraf.com "Tengrinews" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş nəqliyyat prokuroru Timur Suleymenov ölkənin baş nazirinin müavini Kanat Bozumbayevin iştirakı ilə keçirilən brifinqdə bildirib.
Baş nəqliyyat prokuroru "qara qutu"nun ekspertizasından sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb