Lənkəran rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən Teleqraf.com-a bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bu gün 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq.
Bu səbəblə saat 10:00-dan 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.