14 Yanvar 12:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimaiyyəti ətraf mühit istiqamətində aktiv iştiraka təşviq etmək, ekoloji məsuliyyət hissinin formalaşmasına dəstək olmaq məqsədilə “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz maarifləndirici stendi ilə qoşulub.

Teleqraf.com xəbər verir ki, nazirliyin əməkdaşları və ekokönüllülər tərəfindən yarmarkanın qonaqları arasında ekoviktorina keçirilib, o cümlədən vətəndaşlar 79 ədəd işlənmiş batareya gətirərək müxtəlif stimullaşdırıcı hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində həmçinin uşaqlar üçün master klass təşkil olunub.

Qeyd edək ki, tədbir cəmiyyət arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, təhlükəli tullantı sayılan batareyaların düzgün idarə olunması barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər