15:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media nümayəndələri “Dream Trampoline”də yeni istifadəyə verilən “HADO” oyunu ilə tanış olublar.

Teleqraf.com xəbər verir ki, virtual və real dünyanı birləşdirən unikal bir texnologiya və idman növü olan bu oyun, 1980-ci illərdə Yaponiyada yaranıb.

“HADO”da oyunçular fiziki olaraq bir-birilə rəqabət aparsalar da, qarşıdurmalar tamamilə virtual şəraitdə baş verir.

Jurnalistlər oyunun xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün xüsusi sensorlu gözlüklər və qolbaqlarla təchiz olunaraq komandalara bölünərək, yarışıblar.

Bu texnologiya sayəsində onlar əllərindəki qolbaqlarla bir-birlərinə “enerji topları” ataraq, mübarizə aparıblar.

Lakin, bu toplar real deyil, virtual olaraq ekranda görünür və eyni zamanda hər bir oyunçu öz tərəfdaşlarını qorumaq üçün virtual qalxanlar yarada bilir.

Bu həyəcanlı qarşıdurmanı jurnalistlər maraqla qarşılayıb. Çünki oyunçular yalnız sürət və çevikliyini yox, həm də əqli bacarıqlarını burada nümayiş etdiriblər.

Oyun komanda şəklində oynanılır və maksimum 3 nəfər olur. Hər bir raund isə 80 saniyə davam edir.

Jurnalistlər oyunun həm əyləncə, həm də fiziki inkişaf üçün mükəmməl bir vasitə olduğunu vurğulayıblar.

“HADO” texnologiyanın və idmanın müasir birləşməsinin nəticəsi olaraq, həm əyləncəli, həm də faydalı bir oyundur.

Daha ətraflı məlumat üçün sosial media hesablarını izləyə bilərsiniz:

https://www.instagram.com/hadoazerbaijan/

https://www.facebook.com/profile.php?id=61560346447868


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər