Suriyanın şimalında 23 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb.
"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında aşkarladığı 23 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Əsgərlərimizin nəfəsi terrorçuların kürəyində olmağa davam edəcək"- nazirliyin paylaşımında vurğulanır.