09:49
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Mercury News” qəzeti məlumat yayıb.

Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir.

Yanğınsöndürmə İdarəsinin batalyonunun rəisi Bob Atlas üç əməkdaşın yüngül xəsarətlər aldığını deyib.

Atlas mətbuat konfransında bildirib ki, yanan hər hansı element nə vaxtsa zəhərli olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər