Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, turun bağlanış gününün yeganə matçında “Zirə” lider “Qarabağ”ı qəbul edəcək. Zirə İdman Kompleksində baş tutacaq matç saat 19:00-da start götürəcək.
Ağdam təmsilçisi qalib gələcəyi halda, xal sayını 53–ə çatdıraraq, ikinci pillədən 10 xal uzaqlaşacaq. “Qartallar” isə qalibiyyət təqdirində, 39 xalla yenidən şəriksiz 3-cü pillədə yer alacaq.
Azərbaycan Premyer Liqası, XXI tur
19:00. “Zirə” - “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR hakimi: Rauf Cabarov
AVAR hakimi: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə idman kompleksi
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"a 3:2, “Neftçi” “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. “Turan Tovuz” evdə “Səbail”lə 1:1, “Sumqayıt” isə “Araz-Naxçıvan”la 0:0 hesablı heç-heçə edib.