30 Aprel 2015 19:24
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Mətbuat Şurasından Teleqraf.com-a bildirilib ki, müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər və həmin yazı Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Dərc olunmuş yazıda “Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazılar aprelin 30-dan iyunun 1-dək qəbul olunacaq.

Qiymətləndirmə zamanı materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, oxucu üçün informasiyalılıq dərəcəsi, eləcə də qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə kimi meyarlar əsas götürüləcək.

Müsabiqənın mükafat məbləği I yer üçün 1000 manat, II yer üçün 700 manat, III yer üçün 500 manatdır. On yazı müəllifinə isə 100 manat həvəsləndirici mükafat müəyyənləşdirilib.


Müəllif:

Oxşar xəbərlər