Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib.
Teleqraf. com xəbər verir ki, FHN-də Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası keçirilib.
Aksiyada nazirliyin Aparatının və strukturuna daxil olan qurumlarının ümumilikdə 500-dən artıq əməkdaşı qan verib.