29 May 2015 20:21
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada 30 may Ümumdünya “Beynəlxalq allergiya günü” kimi qeyd olunur. Beynəlxalq allerqoloqlar, immunoloqlar və immunoreabitoloqlar assosiasiyasının Azərbaycan bölməsi də bu günü hər il elmi-praktik konfrans şəklində qeyd edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkəmizdə son 25 ildə Azərbaycanda allerqoloji xidmət xeyli inkişaf edərək, müvəffəqiyyətlər əldə olunub. Hazırda ATU-da fəaliyyət göstərən “Allerqologiya və klinik immunologiya” kursunda müalicə və pediatriya fakültəsi tələbələrinə fənnin ən müasir problemləri tədris olunur.

Son 20 ildə hər 4 ildən bir Azərbaycan allerqoloqlarının Beynəlxalq konqresi keçirilir. Azərbaycan allerqoloqlarının bir qismi “Avropa allerqoloqlar və immunoloqlar”, “Avropa respiratorlar”, və “Amerika torakal cəmiyyətlərinin,” üzvləridir. Hər il bu cəmiyyətlərin Avropa ölkələrində, ABŞ-da keçirilən Beynəlxalq konqreslərində Azərbaycandan onlarla professor və həkimlər iştirak edirlər. Avropa Respiratorlar cəmiyyətinin növbəti konqresi 2015-ci il sentyabrda keçiriləcək və tədbirə bir sıra tanınmış allerqoloqlarımız iştirak üçün hazırlaşır.

Bu sahə üzrə əhaliyə yüksək səviyyədə lazımı tibbi xidmət göstərilir. Belə ki, N 5-li klinik xəstəxana böyüklər üçün, N 6-li klinik xəstəxana isə uşaqlar üçün allerqoloji mərkəz statusunda fəaliyyəti ilə Respublika səhiyyə ocaqlarına metodik-konsultativ xidmət göstərir. Klinikalarda allerqoloji kabinetlər və stasionar şöbələri mövcuddur. Eyni zamanda ATU-nun Tədris Terapevtik klinikasında allerqoloji-pulmonoloji şöbələr təşkil olunub və yüksək ixtisaslı həkimlər tərəfindən əhaliyə xidmət göstərirlər.

Hazırda ölkəmizdə rezidentura yolu ilə allerqoloq-həkimlər hazırlanır və onlar Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin mütəxəssisləri ilə sıx şəkildə fəaliyyət göstərirlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər