Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycan mədəniyyət günləri keçirilib.
AZƏRTAC-xəbər verir ki, Azərbaycan-Finlandiya Assosiasıyasının Kaisa Mədəniyyət Mərkəzində təşkil etdiyi tədbir çərçivəsində Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin dəstəyi ilə sərgi də keçirilib. Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar və bukletlər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağa ölkəsi ilə Azərbaycan arasında olan tarixi qardaşlıq əlaqələrindən danışıb. Səfir Türkiyənin bir qardaş ölkə kimi daim Azərbaycanın yanında olacağını xüsusi qeyd edib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Demokratik Respublikasının, Dağlıq Qarabağ münaqişəsinin tarixi, müasir dövrdə ölkəmizin sürətli inkişafı barədə sənədli filmlər nümayiş etdirilib.