15 İyul 2015 12:53
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin dekabr ayında “Elektron Hökumət” portalı üzərindən əhalinin istifadəsinə verilən “İş yerinə dair arayış” elektron xidmətindən cari il iyulun 1-dək 88 395 dəfə istifadə edilib.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Arayış əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edilə bilər. Arayışın təqdim olunduğu təşkilatlar isə e-arayışda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə həmin məlumatların, eləcə də əmək haqqı barədə göstəricilərin dürüst olub-olmadığını yoxlamaq imkanına malikdirlər.

Bu e-xidmət istifadəyə verildikdən sonra müvafiq arayışların alınması üçün vətəndaşlar tərəfindən işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bundan ötrü vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb. Qeyd edilən amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsi və bununla əlaqədar “İş yerinə dair arayış” e-xidmətindən faydalanan şəxslərin də sayının artması ilə müşahidə olunur. Belə ki, cari ilin yanvar ayı ilə müqayisədə iyun ayında “İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı 34,5 faiz artaraq 13430 nəfərə çatıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər