21 İyul 2015 12:23
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Azad Rəhimov tərəfindən iyulun 21-də Quba rayonunda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarından olan vətəndaşların qəbulu keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Qubadan 9, Qusardan 9, Şabrandan 5, Siyəzəndən 4, Xaçmazdan 4 nəfər, ümumilikdə 30 nəfərin şikayət və təkliflərinə baxılıb.

13 müraciət idman sahəsi üzrə (fəxri adların verilməsi, idman dərəcələrinin verilməsi, stadion idman avadanlığı, idman zallarının tikilməsi), 5 müraciət gənclərlə iş sahəsi üzrə (QHT-in yaradılması, gənclərin mənzil şəraiti, gənclər mərkəzinin tikintisi ilə əlaqədar digər məsələlər), 10 müraciət işlə təmin olunma, 1 müraciət təhsil, 2 müraciət sosial yardım ilə ilə bağlı olub.

Qaldırılan məsələlərin bir qismi (idman avadanlıqlarının verilməsi) yerindəcə həllini tapıb, həll olunması vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilib.


Müəllif:

Oxşar xəbərlər