Bakıda mənzillərinin birində sakinlər civə təhlükəsi ilə üzləşiblər.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.
Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir.
Əməliyyat saat 18:30-da başa çatmışdır.