Fövqəladə Hallar Nazirliyi Bakıda 23 yaşlı oğlanın intihara cəhd etməsi barədə məlumat yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər tikilməkdə olan 17 mərtəbəli binanın 15-ci mərtəbəsinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib.
Qeyd edək ki, araşdırma zamanı intihara cəhd edən şəxsin Şəmkir rayon sakini, 1992-ci təvəllüdlü Tamerlan Ələsgərli olması müəyyənləşib. İlkin araşdırmalarla o da məlum olub ki, Tamerlan Ələsgərlininin əmisi ilə arasında mənzil problemi olub. Bu problemi məhkəmə yolu ilə həll edə bimədiyi üçün o, intihara cəhd edib.
Məlumata görə, Tamerlan Ələsgərli bundan əvvəl də bir dəfə belə bir addım atıb və bu, onun ikinci intihara cəhdidir.
İLHAMƏ