20 Oktyabr 2015 18:08
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Leyla Yunusun vəkili Elçin Sadıqov v çıxış edib.

O, bildirib ki, birinci instansiya məhkəmə iclaslarının protokollarında şahidlərin ifadələrində təhrifə yol verilib. Buna görə də protokollarda olan təhriflərə aydınlıq gətirilməsi üçün iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Birinci instansiya məhkəməsində vəkilin qaldırdığı məsələ aydınlaşdırılacaq və bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılacaq.

Apelyasiya instansiyasında iş üzrə məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə Leyla Yunus apelyasiya şikayəti ilə tanış olması üçün hakimlərdən əlavə vaxt istəmişdi. Buna görə də həmin vaxtda proses baş tutmamışdı.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: