Suraxanı və Qaradağ rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qarşıdan gələn qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədi ilə oktyabrın 21-də saat 10:00-dan işlər yekunlaşanadək, Suraxanı və Qaradağ rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.