2 Dekabr 2015 21:16
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində “Türkiyə Respublikasının iqtisadi və sosial tarixi” mövzusunda beynəlxalq simpozium keçirilib. AMEA Tarix İnstitutundan Teleqraf.com-a verilən məlumata görə institutun direktoru və əməkdaşları simpoziumda çıxış ediblər.

Azərbaycan tarixçiləri Cəbi Bəhramov və İradə Məmmədova simpoziumun ayrı-ayrı bölmələrinə sədrlik ediblər.

Simpoziumun açılış və bağlanış mərasimlərində çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Türkiyə Respublikasının iqtisadi və ictimai inkişafından, Türkiyə Qurtuluş Savaşı zamanı Azərbaycan - Türkiyə iqtisadi əlaqələrindən, müstəqillik dövründə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsindən söz açıb, hazırda Türkiyə ilə iqtisadi əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirib və çıxışını Prezident İlham Əliyevin “Azərbaycan - Türkiyə əlaqələrinin dünyada bənzəri yoxdur” sözləri ilə yekunlaşdırıb.

Simpozium zamanı Tarix İnstitutunun əməkdaşları Manisaya gedərək, İkinci Dünya müharibəsi dövründə əsir alınaraq, Avropanın bir çox ölkələrində yaşayan, sonra isə Türkiyənin Manisa şəhərinə köçərək burada məskunlaşan 94 yaşlı Səttar Bakılını ziyarət edib, onun Vətən sevgisi ilə dolu xatirələrini dinləyib və onun haqqında İctimai TV-nin (İTV) TRT ilə birlikdə hazırladığı sənədli filmin çəkilişində iştirak ediblər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər