Tanınmış şair və jurnalist Əvəz Qurbanlı “Günəşli” yatağında faciəli şəkildə həlak olanların şəhid sayıldığını, onlara Xəzər dənizində abidə qoyulmasını arzu etdiyini bildirib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ə.Qurbanlı Facebook sosial şəbəkəsindəki şəxsi profilində status yazıb.
“”Günəşli” yatağında faciəvi şəkildə həlak olanlar da əslində şəhid sayılmalıdır (bir neçə dəfə mötəbər şəxslərdən eşitmişəm ki, İslam dinində ruzi dalınca gedərkən həyatını itirənlər şəhid məqamında qəbul edilir – hər halda, bunu ilahiyyatçı alimlərimiz daha yaxşı bilər). Arzu edərdim ki, Xəzər dənizində, suyun içində (Dənizkənarı parkdan görünən bir yerdə) şəhid neftçilərimizə abidə qoyulsun... Bu, hamımız üçün bir təsəlli olar”, - deyə şair statusunu tamamlayır".