2 May 2016 16:57
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 1-də Qəbələ rayonu, Nic qəsəbəsində yaşayan udilər Pasxa bayramını qeyd edib.

Teleqraf.com xəbər verir ki, qəsəbədəki “Çotari” Alban-udi kilsəsində təşkil olunan bayram mərasimində qəsəbə sakinləri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Nic qəsəbəsi “Abdallı” məhəllə məscidi dini icmasının üzvləri iştirak ediblər.

Bayram mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Alban-udi Xristian dini icmasının üzvlərini bayram münasibətilə təbrik edərək, ölkədəki dövlət-din münasibətləri, multikultural və tolerant dəyərlərin qorunması və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Azərbaycan Respublikasının Alban-udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən məmnunluğunu bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, hər bir kəsin dini etiqad azadlığının təmin olunduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Nic qəsəbəsində Alban-udi kilsəsi və 2 məscid fəaliyyət göstərir. Burada yaşayan udilər minilliklərdən bəri öz dinini, dilini, adət-ənənələrini qoruyub saxlayırlar.

Nemət


Müəllif:

Oxşar xəbərlər