Sərhədlərdə GMO laboratoriyasının quraşdırılması planlaşdırılır.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Komitə sədrinin sözlərinə görə, Genetik modifikasiya olunmuş orqanizmlərlə (GMO) bağlı Bakıda fəaliyyət göstərən laboratoriyaların problemli məhsullarda tədqiqat aparmaq imkanı var: “Gələcəkdə sərhədlərdə də GMO laboratoriyasının yaradılması planlaşdırılır. Hələlik hazırkı vəziyyət məsələnin həllinə imkan yaradır”.
Naibə Qurbanova