Mayın 7-8-də Türkiyənin Antalya şəhərində parlamentlərarası futbol turniri keçiriləcək.
Teleqraf.com Milli Məclisin Mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, Polşa və Ukraynanın parlament futbol komandaları iştirak edəcəklər.
Azərbaycan Milli Məclisinin futbol komandasına parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlardan Azər Badamov, Elşad Nəsirov, Mahir Abbaszadə, Fazil Mustafa, Tahir Mirkişili, Kamran Nəbizadə, Kamran Bayramov, Zahid Oruc və Milli Məclis Aparatının əməkdaşları daxildirlər.
İki gün davam edəcək turnirin qaliblərinə mükafatlar və diplomlar təqdim ediləcək.