Artıq 3 aydır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan ““Bayrağınla yüksəl Azərbaycan!” layihəsinə yekun vurulub.
Bağlanış mərasimini layihənin müəlifi Yusifzadə Aytən açaraq bu aylar ərzində görülən işlərdən danışdı: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Layihə paytaxt və region gənclərinin arasında Azərbaycan dövlətinin suverenliyi rəmzi olan BAYRAĞIMIZIN gənclər arasında təbliğini reallaşdırıb. Layihə çərçivəsində hazırlanan videorolik vasitəsilə gənclər daha ətraflı məlumat bazasına malik oldular. Videorolikdə bayrağımız haqqında gənclər üçün maraqlı məqamlara toxunulub. Bu gənclərin pis vərdişlərdən uzaqlaşmaları üçün stimul olacaq. Videorolik özəlliyi ondan ibarətdir ki, burada ölkənin tanınmış simaları gənclərə bayrağımızla bağlı müraciət ünvalayıblar” .
Çıxışdan sonra layihə çərçivəsində hazırlanan videorolik təqdim olunub.
Daha sonra hərbi ekspert İbrahim Rüstəmli çıxış edərək bu aylar ərzində görülən işlərin cəmiyyət üçün əhəmiyyətindən danışdı: "Bugün Azərbaycanda milli atributlara sevgi və hörmət hisslərinin aşılanması olduqca vacibdir. Hesab edirəm ki, Gənclər Fondu bu layihəni dəstəkləməklə gənclərin bayrağımıza olan sevgisini daha da artırmış oldu"
Azxeber.com saytının rəhbəri Hacıbəy Heydərli isə çıxış edərək internet mediada bayrağımıza olan sevgini aşılamaq olduqca vacibdir: "Layihə çərçivəsində hazırlanan video sosial şəbəkələr və internet resursları vasitəsi ilə daha da geniş yayılmalıdır ".
TURSAM-ın direktoru Atatürk Kamallı isə çıxışında türk dünyasında Azərbaycan bayrağının xüsusi çəkisinin olduğunu dedi: "Bayraq bizim strateji sərvətimizdi. Hesab edirəm biz bayrağımıza olan münasibəti daha da yaxşılaşdırmalıyıq".
İqtisad Universitetinin departament rəhbəri Nihad Allahyarlı çıxış edərək Gənclər Fondunun hər zaman bu tip layihələrə dəstək verdiyini dedi: "Bugün Gənclər Fondu vətənpərvərlik sahəsində yüzlərlə fiziki layihələr maliyyələşdirir"