15 İyul 2016 14:09
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qətl baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb. Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirildiyi müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Xalıqov tutulub.

Hacı Zeynalov


Müəllif: