“Tapançanı Rusiyadan gətirmişəm"
Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayan Sənan İbrahimov qanunsuz silah-sursat saxlaması barədə Nizami Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları İbrahimovu yaşadığı binanın qabağında saxlamağa müvəffəq olub.
Nizami Aslanov - müstəntiq: “İbrahimov Sənan Əjdər oğlunun idarədə üzərinə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, onun üzərində qanunsuz istintaqa məlum olmayan mənbədən 1 tapança və 8 patronu var”.
Sonradan İbrahimovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan da döyüş üçün yararlı olan əl qumbarası aşkarlanaraq götürülüb.
Hələlik silahların hansısa cinayət əməlində istifadə olunub-olunmaması məlum deyil. Saxlanılan Sənan İbrahimov silahları saxlamaqda hansısa məqsədinin olmadığını bildirib.
Sənan İbrahimov- saxlanılan şəxs: “Tapançanı Rusiyadan gətirmişəm. Qumbaranı isə məhlədən tapmışam. Mənim heç kimlə şəxsi qərəzliyim olmayıb”.
Sənan İbrahimov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.