Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov prospektində qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nurlan Həsənzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Nuran Həsənzadə kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Nurlan Həsənzadənin həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Gəncin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs eidlməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov