24 Sentyabr 2016 15:40
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda bankomatdan 150 min manatdan artıq pul oğurlanıb.

Trend ARB Cənub-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sarvan kəndində qeydə alnıb.

Vətəndaşların pensiya və müavinətləri verildiyindən bankomatda xeyli miqdarda pul olduğunu bilən şəxs və ya şəxslər binanın pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları götürmək üçün onu qaynaq aparatı ilə kəsiblər. Sonra 150 min manatdan çox pulu götürərək aradan çıxıblar.

Hazırda Salyan Rayon Polis Şöbəsinnin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.


Müəllif: