25 Oktyabr 2016 15:14
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov rayon Məhkəməsində “Jam.az” saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun barəsindəki həbs qətimkan tədbiri uzadılıb.

Bu barədə Teleqraf.com-a Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, işi aparan müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılıb.

Qərara görə, Fikrət Fərəməzoğlunun barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Elçin Sadıqov bu qərardan apelyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməzoğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər