1 Noyabr 2016 14:31
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində intihar edib.

Teleqraf.com megatyumen.ru-ya istinadən xəbər verir ki, 26 yaşlı oğlan qeyri-rəsmi yaşadığı 25 yaşlı qızı bıçaqlayıb və özünü 9-cu mərtəbədən atıb. O, hadisə yerində keçinib.

Gənc qız isə xəstəxanaya çatdırılıb. Məlumatlara görə, cütlük tez-tez mübahisə edirmiş və buna görə də qız polisə şikayət edib. Bundan sonra onlar ayrılıb. Azərbaycandan Rusiyaya qayıdan gənc oğlan qızla münasibətləri bərpa etmək istəyib. Qızın "yox" cavabını eşitdikdən sonra gənc qəzəblənib və sözügedən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Elvin


Müəllif:

Oxşar xəbərlər