Ağsu rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bico kənd sakini, 1985-ci il doğumlu Kamal Abdullayev özünü yaşadığı evdə asaraq ölüb.
Kamal Abdullayevin özünü öldürməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov