1 Fevral 2017 12:30
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Emil İbrahimov ifadə verib.

O, bildirib ki, “Elor-İC” MMC-nin rəhbəri vəzifəsində çalışıb: “İşlə bağlı nazir Əli Abbasovun qəbulunda oldum. Nazir xahişimə müsbət cavab verdi və məni Vidadi Zeynalovun yanına göndərdi. Vidadi Zeynalov isə mənə dedi ki, nazirliyin qurumlarında aparılacaq təmir-tikinti işlərinin bir hissəsini mənə həvalə edəcək.

Bir müddət sonra “Azərpoçt” MMC-nin təmir-tikinti işlərinə nəzarət edən Abdulla Qeybullayevlə görüşdüm və mənə Göyçay Poçt Filialının 3 şöbə binasının tikilməsi tapşırıldı. Tikintilər üçün keçirilən kodirovka sorğusunda təşkilatım formal olaraq qalib elan edildi”.

Digər şahid Mirbaba Babayev Yasamal telefon qovşağının rəisi vəzifəsində işlədiyini deyib. O, ibtidai istintaqa ifadəsini təsdiq edib.

Proses fevralın 3-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər