Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə “Gənclik” metrostansiyasının yaxınlığında qeydə alınıb.
27 yaşlı Namiq İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün gəncin həyatını xilas etmək mümkün olub.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Əbdül Abdinov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov