22 Fevral 2017 16:25
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.

Naməlum şəraitdə bıçaqlanan Ağdam rayon sakini Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan Emin Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Azər Alxasov tutulub.

Onun əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. Müəyyən edilib ki, hadisə pul borcu üstündə baş verib. Azər Alxasov hadisədən əvvəl Emin Məmmədovdan borca pul istəyib. Amma Emin borc verməkdən imtina edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: