14 Mart 2017 10:05
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Murad Osmanov özünü yaşadığı evdə asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Binəqədidə daha bir intihar hadisəsi baş verib. Hadisə rayonun Cəfər Xəndan küçəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü Bənövşə Aslanova özünü yaşadığı evdə asaraq ölüb.

Hər iki faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər